Please ensure Javascript is enabled for purposes of website accessibility

Avropa Parlamentində “ASAN xidmət”in təqdimatı

19 fevral 2014-cü il tarixində Belçika Krallığının Brüssel şəhərində Avropa Parlamentinin mənzil qərargahında Azərbaycan nümayəndə heyətinin, Avropa Parlamentinin üzvlərinin və digər qonaqların iştirakı ilə "İnnovasiya və Mobil İmza– Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda geniş konfrans keçirilmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Vergilər Nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə və digər rəsmi şəxlərdən ibarət nümayəndə heyəti təmsil etmişdir. Eyni zamanda konfransda Estoniyanın hökumət və biznes və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri iştirak etmişlər.

Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət”-in yaradılması tarixçəsi, inkişafı, həyata keçirilən xidmət növləri və vətəndaş məmnunluğunun əldə olunması istiqamətində qazanılmış nəaliyyətlər barədə qonaqlara ətraflı şəkildə məlumat vermişdir. İ.Kərimov Avropalı parlamentarilərinin diqqətinə çatdırmışdır ki, Azərbaycanın yeni brendi olan“ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində yeni və innovativ yanaşma olmaqla kifayət qədər diqqəti cəlb edə bilmişdir.

İ. Kərimov “ASAN xidmət” mərkəzləri çərçivəsində dövlət xidmətlərinin həyata keçirilməsi zamanı elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi prosedurunun inkişafı istiqamətində texnoloji imkanların xüsusilədə ASAN imzanın qısamüddət ərzində müsbət qiymətləndirildiyini qonaqların diqqətinə çatdırmışdır.

Qonaqlara məlumat verilmişdir ki, Asan İmzanın istismara verilməsi və təhlükəsizlik sisteminin yaradılması ilə istifadəçilərə mobil telefonları vasitəsi ilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaradılmışdır. Bildirilmişdir ki, Azərbaycanda Mobil İmza vasitəsilə 300.000-dən artıq rəqəmsal imza təqdim edilmiş, 1.000.000-a yaxın əməliyyatlar həyata keçirilmişdir.

Qeyd olunmuşdur ki, Avropa İttifaqı və Azərbaycan Respublikası münasibətlərində “ASAN xidmət” mərkəzləri çərçivəsində həyata keçiriləcək addımlar bu sahədə müstəsna rol oynamaqla mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsinə və yeni birgə fəaliyyət platformasının yaradılmasına öz töhfəsini verəcəkdir.

Azərbaycan Respublikasının Vergilər nazirinin müavini Sahib Ələkbərov elektron hökümətin yaradılmasından, vergi mədəniyyətinin formalaaşdırılması və vergi qanunvericiliyinin hazırlanmasından habelə elektron audit sistemindən bəhs etmişdir.S.Ələkbərov elektron hökümət və rəqəmsal imza sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırmışdır.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə vətəndaşlara xidmətlərin göstərilməsi zamanı İKT-nin tətbiqi və elektron xidmətlərin cari vəziyyəti barədə məlumat vermişdir.

Tədbirdə həmçinin Avropa parlamentariləri, Estoniya rəsmiləri çıxış etmiş, müxtəlif təqdimatları nümayiş etdirmişlər.

Tədbir çərçivəsində Azərbaycan rəsmiləri Avropa parlamentinin üzvləri, Avropa Komissiyasının yüksək rütbəli məmurları ilə görüşlər keçirmiş, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Tədbir iştirakçıları “ASAN xidmət” və Asan İmzanın beynəlxalq mühitdə tanıdılması, dövlət-özəl sektor əməkdaşlığının rəqəmsal iqtisadiyyatın inkişafına təsiri, sərhədsiz elektron xidmətlərin göstərilməsində dövlətlər tərəfindən birgə fəaliyyətlərin həyata keçirilməsi kimi məsələlərinvacibliyini vurğulamış, Azərbaycanın nail olduğu innovasiyaların Avropa ilə inteqrasiyanın dərinləşdirilməsinə böyük töhfə olacağını qeyd etmişlər.

Foto:Avropa Parlamentində “ASAN xidmət”in təqdimatı

 

A- A A+

Digər press-relizlər