Please ensure Javascript is enabled for purposes of website accessibility

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidentləri “ASAN xidmət” mərkəzi ilə tanış olublar

4 fevral 2015-ci il tarixində Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA-İnternational) prezidentlərinin Bakı görüşü çərçivəsində Avropanın 28 ölkəsindən 61 nəfər rəhbər nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olan “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyində şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından ciddi irəliləyişlərə nail olunub.

Qonaqlar “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyətini vurğulayıblar.

“ASAN xidmət” mərkəzlərinin vətəndaşların yüksək etimadını qazandığı və 4 000 000-a yaxın müraciətin qəbul olunduğu qonaqların diqqətinə çatdırılıb.

“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan qonaqlar mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

A- A A+

Digər press-relizlər