Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” yenidən “Behörden Spiegel” qəzetində

Almaniyanın nüfuzlu `Behörden Spiegel` qəzetində “ASAN xidmət“ haqqında “Azərbaycanda mobil idarəetmə” adlı məqalə dərc olunub.


Məqalədə Dövlət Agentliyin sədri İnam Kərimovun fikirləri də yer alıb və  bildirilib ki, “ASAN xidmət”in əsas məqsədi səmərəliliyi artırmaq və dövlət xidmətlərini əhali üçün daha əlçatan səviyyəyə gətirməkdən ibarətdir.

Azərbaycanın dünyada və regionda ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyi və “ASAN xidmət”in son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olduğu bildirilib. Bundan başqa, mərkəzlərdə innovativ yeniliklərin tətbiqi ilə korrupsiya hallarının qarşısının alındığı, şəffaflığın maksimum səviyyədə təmin olunduğu da vurğulanıb. 

Hazırda mərkəzlərdə dövlət orqanları tərəfindən göstərilən  xidmətlərlə yanaşı özəl şirkət və müəssisələr tərəfindən 250-ə yaxın xidmət göstərildiyi, eləcə də Səyyar ASAN xidmətdən bəhs olunub. Bildirilib ki, vətəndaşlar GoMap.az (www.gomap.az) saytında yerləşdirilmiş rəqəmsal xəritə vasitəsilə real vaxt rejimində səyyar avtobusların hərəkət trayektoriyası, xidmət göstərdiyi məntəqələr haqqında məlumat ala bilirlər.

Qeyd edək ki, daha öncə də adıçəkilən mətbu orqanında  “ASAN xidmət”in fəaliyyətini əks etdirən məqalə dərc olunub.  

Məqaləyə keçid

 

A- A A+

Digər press-relizlər