Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” vətəndaşlara  #OGünGələcək pozitiv mesajı ötürüb

“ASAN xidmət” #OGünGələcək  mesajlı sosial videoçarx nümayiş etdirib.

Videoçarxda son zamanlar koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə vətəndaşlarımızın sosial həmrəylik nümayiş etdirərək evlərindən çölə çıxmamaları və bu səbəbdən Bakı şəhərinin küçələrinin boşluğu diqqətə çatdırılıb. 
Bütün bunlara baxmayaraq vətəndaşlarımıza pozitiv mesaj ötürülərək  bu küçələrdə tezliklə günəşin daha gözəl doğacağı, sevinc səslərinin eşidiləcəyi  və birlikdə gözəl anların yaşanılacağı günün gələcəyinə ümid ifadə olunub. Həmin günün gəlməsi üçün bu günlərdə ayrı qalmağın mümkünlüyü, ürəklərin bir olduğu halda  məsafələrin əngəl olmadığı bildirilib.

Xatırladaq ki, “ASAN xidmət” koronavirus infeksiyası ilə mübarizə  tədbirlərinə dəstək məqsədi ilə loqotipində müvəqqəti dəyişiklik edib. 
#məsafəniqoru insanları qoru sosial çağırışı verilən müvəqqəti dəyişiklikdə loqotipin kənar hədlərarası məsafəsi  genişləndirilib.

Videoya keçid:  https://www.youtube.com/watch?v=M693XHV5444

A- A A+

Digər press-relizlər