Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” və “Baykar” şirkəti arasında innovativ texnologiyalar və birgə tədqiqatların aparılması sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Səfər çərçivəsində  “Baykar” şirkətinin rəhbəri və "Türkiyə Texnoloji Takımı Fondu"nun(T3)  həmtəsisçisi Haluk Bayraktar və “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüş keçirilib. Görüş zamanı Azərbaycanda innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi və innovativ həllərin hazırlanması istiqamətində  müzakirələr aparılıb, birgə Texnoparkın, eyni zamanda Araşdırma və İnkişaf mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin "Türkiyə Texnoloji Takımı Fondu" ilə birgə Azərbaycanda “Bilim Azərbaycan və Deneyap”  proqramlarının həyata keçirilməsi üzrə görülən işlər və qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb. Proqramların məqsədi uşaq və gənclərin innovativ texnologiyalar üzrə inkişafı üçün tədqiqat və inkişaf bacarıqlarının artırılması,  innovasiya sahəsində fəaliyyətə təşviq edilmələridir.

Səfər çərçivəsində nümayəndə heyəti "Texnopark İstanbul"un baş direktoru  Bilal Topçu ilə də görüş keçirib və gələcək əməkdaşlıqlar barədə müzakirələr aparılıb. 400-dən çox şirkətin cəmləşdiyi və 2500-dən çox layihənin reallaşdırıldığı “Texnopark İstanbul” Türkiyədə texnoloji transfer mərkəzi kimi 260 brendin formalaşmasına dəstək olub.

Türkiyədə milli texnoloji inkişafa töfhə verməyi qarşısına əsas məqsəd qoyan “Bilişim vadisi” texnoloji inkişaf mərkəzi də səfər çərçivəsində ziyarət edilib. Özündə texnoloji transfer mərkəzini, prototip və test mərkəzini, inkubasiya mərkəzi və rəqəmsal animasiyanı, həmçinin oyun mərkəzini, ümumilikdə 200-dən çox layihəni birləşdirən və 210-dan çox şirkətin cəmləşdiyi “Bilişim vadisi”  ilə  perspektiv ortaq layihələr barədə fikir mübadiləsi aparılıb.


Görüşün sonunda Vətən müharibəsində qazanılan qələbədə pay sahibi olan Haluk və Selçuk Bayraktara  “ABAD”çımız tərəfindən hər bir rayonun öz torpağı ilə hazırlanan Azərbaycanın xəritəsi və “YAŞAT” Fondunun Vətən müharibəsi şəhidləri haqqında məlumatların əks olunduğu təqvimi təqdim edilib.

A- A A+

Digər press-relizlər