“ASAN xidmət” Triatlon Federasiyası ilə əməkdaşlığa başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Triatlon Federasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədi Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev və Federasiyanın prezidenti Elçin Əliyev imzalayıblar.
Memorandum “ASAN xidmət” əməkdaşları və könüllüləri üçün sağlam həyat tərzinin aşılanması məqsədilə Federasiya tərəfindən Triatlon idman növlərinə dair məlumatlandırma və müxtəlif idman tədbirlərinin təşkili üzrə əməkdaşlığı əhatə edir.
Həmçinin Federasiyanın təşkil etdiyi tədbirlərdə Dövlət Agentliyi tərəfindən dəstəyin göstərilməsi əsas əməkdaşlıq istiqamətlərindəndir.