“ASAN xidmət” təcrübəsi Beynəlxalq Forumda təqdim olunub
14-18 may 2018-ci il tarixində Belarus Respublikasının Minsk şəhərində İnformasiya Kommunikasiya Texnologiyaları üzrə 25-ci “TİBO 2018” Beynəlxalq Forumu keçirilir.
Forum çərçivəsində Belarus Respublikasının Milli Elektron Xidmət Mərkəzi tərəfindən “Dövlət, biznes və vətəndaşların qarşılıqlı elektron əlaqəsi və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “Dövlət xidmətlərinin göstərilməsində yeni yanaşma – “ASAN xidmət”” mövzusunda təqdimat edilib.
Təqdimatda “ASAN xidmət” təcrübəsi, Dövlət Agentliyi tərəfindən elektron hökumət, e-xidmətlər sahəsində həyata keçirilən layihələr və görülmüş işlər ilə bağlı ətraflı məlumat verilib.
zamanı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs ilə Belarus Respublikasının Milli Elektron Xidmət Mərkəzi arasında dövlət xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi tərəflər arasında dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət, xidmətlərin elektronlaşdırılması və sosial innovasiyalar sisteminin inkişafı sahəsində sahəsində əməkdaşlığın genişləndirilməsidir.