Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” növbəti dəfə “Berlin TV” kanalında

Almaniyanın “Berlin TV” kanalında 5-6 May 2015-ci il tarixində Berlin şəhərində XVIII “Səmərəli idarəetmə 2015” mövzusunda keçirilmiş Beynəlxalq Konqres və dünyada “Azərbaycan brendi” kimi tanınan “ASAN xidmət” haqqında veriliş yayımlanıb.


“Günün mövzusu” adlı verilişdə dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsi sahəsində mövcud imkanların beynəlxalq miqyasda araşdırılmasına həsr olunmuş Konqres barədə məlumat verilib və xüsusilə “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub.

Buraxılışda “ASAN xidmət”in iş prinsipləri, fəaliyyətinin necə qurulması göstərilib və Dövlət Agentliyin sədri İnam Kərimovdan müsahibə götürülüb. Bildirilib ki, “ASAN xidmət”in əsas məqsədi səmərəliliyi artırmaq və dövlət xidmətlərini əhali üçün daha əlçatan səviyyəyə gətirməkdən ibarətdir.

Buraxılışda, həmçinin, ölkəmizdə ictimai xidmətlər sahəsində tətbiq olunan innovasiyalar və "ASAN xidmət" mərkəzlərində innovativ yeniliklərin tətbiqi ilə korrupsiya hallarının qarşısının alınması, şəffaflığın maksimum səviyyədə təmin olunması da vurğulanıb.

Bundan başqa, mərkəzlərdə dövlət orqanları tərəfindən göstərilən xidmətlər, yardımçı funksional xidmətlər, eləcə də Səyyar ASAN xidmət haqqında geniş məlumat verilib. 

Reportaja keçid.

 

A- A A+

Digər press-relizlər