“ASAN xidmət” mərkəzlərinin könüllüləri ekskursiyalara start verib
“ASAN Könüllüləri” Gənclər Təşkilatının təşkilatçılığı ilə “ASAN xidmət” mərkəzlərində könüllü kimi çalışan gənclər “Modern Group of Companies” MMC-nin dəstəyi ilə sosial aksiyalara start verir.
Aksiyalar çərçivəsində gənclər Ağsu rayonunda yerləşən “Az-Granata” MMC-nin şirə və şərab emalı zavoduna ekskursiya edirlər. Mütəmadi qaydada təşkil olunan səfərlərdə “ASAN xidmət” mərkəzlərinin 300 könüllüsünün iştirakı nəzərdə tutulur.
Səfər çərçivəsində artıq 80 könüllü ekskursiyalarda iştirak etməklə Ağsuda yerləşən zavodun ərazisi, iş prinsipi, istehsalat prosesi ilə yaxından tanış olub.
Qeyd edək ki, ekskursiyaların 2014-cü ilin noyabr ayına qədər təşkili nəzərdə tutulur.