Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət" mərkəzlərinin əməkdaşlarının Qala Tarix-Etnoqrafiya Qoruğuna səfəri təşkil olunub

25-26 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan  “ASAN xidmət” mərkəzlərinin və  digər dövlət orqanlarının  əməkdaşlarının Qala Tarix-Etnoqrafiya Qoruğuna səfəri təşkil olunub.

Səfər zamanı  Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. nümayiş etdirilib.

Abidələrlə tanışlıq əməkdaşların marağına səbəb olub.Gəzintidə Dövlət Agentliyin 60 əməkdaşı iştirak edib.

 

A- A A+

Digər press-relizlər