Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət" mərkəzlərinə gündə 1500-2500 müraciət olacaq

Bakı. Əli Əhmədov – APA-Economics. "ASAN xidmət" mərkəzləri yaxın 2 ayda işə düşəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin əməkdaşı Tural Səlimov məlumat verib. Bakı. Əli Əhmədov – APA-Economics. "ASAN xidmət" mərkəzləri yaxın 2 ayda işə düşəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin əməkdaşı Tural Səlimov məlumat verib.

T.Səlimov bildirib ki, ilk olaraq 3 mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu mərkəzlər Bakıda fəaliyyət göstərəcək. Tələbat olduqca belə mərkəzlər digər rayon və şəhərlərdə də yaradılacaq.


Qeyd edək ki, dövlət başçısının müvafiq sərəncamına və xidmətin Əsasnaməsinə uyğun olaraq, "ASAN xidmət" mərkəzləri 9 dövlət orqanının təqdim etdiyi 23 xidmət göstərəcək. Ölkə vətəndaşları bu xidmətlərin hamısından eyni vaxta istifadə edə biləcəklər.

"ASAN xidmət" mərkəzlərində həmin xidmətləri təqdim edən digər dövlət orqanlarının əməkdaşları da çalışacaq. Artıq həmin əməkdaşlar seçilib və onlara müvafiq təlimlər keçirilib. Bu əməkdaşlar öz qurumlarındakı qədər əmək haqqı alacaqlar, bununla yanaşı, onlara "ASAN xidmət"ləri çərçivəsində əlavələr də ödəniləcək. 

Qeyd edək ki, Dövlət Agentliyinin Əsasnaməsinə uyğun olaraq, burada göstərilən xidmətlərə görə tutulan dövlət rüsumu və digər rəsmi ödənişlərin 30%-i burada çalışan əməkdaşların sosial şəraitinin yaxşılaşdırılmasına sərf ediləcək. 

"ASAN xidmət" mərkəzləri həftənin bütün günləri, yəni istirahətsiz olaraq hər gün saat 09:00-dan 20:00-dək çalışacaq. Bu, gündəlik işlə məşğul olan vətəndaşlara bu xidmətlərdən işdən sonra da istifadə etməyə imkan verəcək. Hər mərkəzdə 15 ASAN əməkdaşı, eləcə də digər dövlət qurumlarının 50-60 əməkdaşı çalışacaq. Günün saatlarından və həftənin günlərindən asılı olaraq "ASAN xidmət" mərkəzlərinə gündə 1500-2500 müraciətin daxil olacağı ehtimal olunur.
 
APA

 

A- A A+

Digər press-relizlər