Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN XİDMƏT” MƏRKƏZLƏRİNDƏ QANVERMƏ AKSİYASI KEÇİRİLƏCƏKDİR

14-15 avqust 2013-cü il tarixində “ASAN xidmət” mərkəzlərində qanvermə aksiyası keçirilir. Aksiya talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədi ilə təşkil edilir.

Qanvermə aksiyası  Azərbaycan  Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  və Qan Bankının birgə təşkilatçılığı ilə həyata keçirilir.

2 günlük aksiyalar zamanı toplanacaq  qan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilməsi məqsədi ilə tam pulsuz şəkildə Qan Bankına təqdim ediləcəkdir.

Vətəndaşlarımızı bu aksiyaya qoşulmağa səsləyirik!     

 

A- A A+

Digər press-relizlər