Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” mərkəzlərində çalışmaq istəyənlərin nəzərinə

13 iyun 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az saytında dövlət qulluğunda çalışmaq istəyən şəxlər üçün müsabiqə elan edilib.

Müsabiqədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri üzrə də vakant yerlər elan olunmuşdur.

Vakant yerlər cari il ərzində açılması nəzərdə tutulan Bərdə və Sabirabad “ASAN xidmət” mərkəzləri üzrə 10 vəzifə və 10 yer olmaqla nəzərdə tutulur.

Müvafiq vakansiyalarla bağlı daha dolğun məlumatları www.dqmk.gov.az saytından əldə etmək olar.

 

A- A A+

Digər press-relizlər