Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” mərkəzlərində 2 gün qeyri-iş günüdür

24-25 sentyabr Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək. 

Şənbə və bazar günləri isə (26-27 sentyabr) vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

 

A- A A+

Digər press-relizlər