“ASAN xidmət” mərkəzlərində 1 gün qeyri-iş günü olacaq
26 sentyabr Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi – referendumla əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Qeyd edək ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana bilərlər.
27 sentyabrdan isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərində bütün xidmətlər göstəriləcək.