Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” mərkəzləri arasında Peyntbol Turniri keçirilib

4  oktyabr  2014-cü il tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Peyntbol Federasiyasının birgə təşkilatçılığı ilə “ASAN xidmət” mərkəzləri arasında Peyntbol Turniri keçirilib.

Tədbir Dövlət Agentliyinin inzibati binasında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət  ilə başlayıb. Giriş nitqi ilə çıxış edən millət vəkili Əli Hüseynli “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin prezident İlham Əliyev tərəfindən aparılan siyasətin bariz nümunəsi olduğunu qeyd edib.

Gənclərin hərbi vətənpərvərlik ruhunda böyüdülməsinin əhəmiyyətini vurğulayan millət vəkili  peyntbol idman növünün  orduya hazırlıq işində  xüsusi rol oynadığını diqqətə çatdırıb. O, həmçinin, 3 oktyabr 1993-cü il tarixinin Azərbaycanın müstəqil dövlətçiliyinin başlanğıc nöqtəsi kimi yadda qalacağını  vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bu turnirin gənclər üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Keçirilən turnirin xoş günə  təsadüf etdiyini bildirən İnam Kərimov 3 oktyabr 1993-cü il tarixində Azərbaycan xalqının həyatında böyük dəyişikliklərin əsasının qoyulduğunu diqqətə çatdırıb. O, həmin tarixin xalqımız üçün dəyərli olduğunu bildirib, eyni zamanda Qurban bayramı münasibəti ilə bütün iştirakçıları təbrik edib.

Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin sektor müdiri Aydın Məmmədov turnirin əhəmiyyətindən bəhs edərək,  bu cür yarışmaların gənclərə böyük töhvələr verdiyini qeyd edib.

 “ASAN xidmət” mərkəzlərinin müxtəlif bölmələrinin yaratdıqları komandaları arasında keçirilən turnirdə 1-ci yerin qalibi “Zirvə” komandası, 2-ci yerin qalibi “Qladiator” komandası, 3-cü yerin qalibi isə “Qərb küləyi” komandası olub.

Qalib komandalara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xüsusi diplomları , həmçinin, 1-ci yerin qaliblərinə “ATL Group” tərəfindən SHARP televizorları, 2-ci və 3-cü yerin qaliblərinə isə musiqi mərkəzləri , “Bakcell”, “Azərsun” , “Modern qrup”, “Sirab” şirkətinin  xüsusi hədiyyələri  təqdim edilib.

Bütün turnir iştirakçılarına isə “UR Stile” şirkəti və şəhər kassaları tərəfindən teatr, kino və konsertlərə biletlər hədiyyə olunub.

Turnir zamanı “Toyota Bakı” mərkəzi “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün test drayv maşınlarından istifadə üçün  imkanlar yaradıb.

 Turnirin keçirilməsində məqsəd gənclərin fiziki hazırlığının artırılmasına dəstək, onların  idman naliyyətlərinin, o cümlədən vətənpərvərliyin təbliğ edilməsi, peyntbol idman növünün gənclər arasında təbliği, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda mənəvi və fiziki tərbiyəsi, həmçinin, gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir.

 

A- A A+

Digər press-relizlər