“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur

Azərbaycan Respublikası Prezidentinin Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncamının tətbiqi məqsədilə müvafiq tapşırıqların icrası təmin edilir.

Belə ki, Sərəncama əsasən Bakı şəhərinin Xətai rayonunda Gəncə prospekti ilə Neapol küçələrinin kəsişməsində, Ukrayna dairəsinin yaxınlığında növbəti "ASAN xidmət" mərkəzinin tikintisi nəzərdə tutulur. Mərkəzin inzibati binasının yerləşəcəyi ərazinin yaşıllıqlarla əhatə olunduğu nəzərə alınaraq, burada tikinti "Yaşıl ASAN" konsepti əsasında həyata keçiriləcək.

“Yaşıl ASAN” konseptinin əsas məqsədi mövcud yaşıllığın qorunması və təbiətin mühafizəsinin artırılmasıdır.

A- A A+

Digər press-relizlər