Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət" kollektivi şəhidlərimizi ehtiramla yad edir

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra İkinci Şəhidlər Xiyabanında ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladları ehtiramla anılıb, məzarları önünə gül dəstələri qoyulub.

A- A A+

Digər press-relizlər