“ASAN xidmət” işçilərinin peşə bayramı qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər əməkdaşlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Həmçinin Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil  qoyulub.


Eyni zamanda peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə 2021-ci il ərzində xidməti fəaliyyətində fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim olunub.

A- A A+

Digər press-relizlər