“ASAN xidmət” işçilərinin peşə bayramı qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər əməkdaşlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Həmçinin Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları önünə gül dəstələri qoyulub.

Videokonfrans vasitəsi ilə təşkil olunan görüşdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev əməkdaşları peşə bayramı münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Dövlət Agentliyində keçirilən tədbirdə isə xidməti fəaliyyətində fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim olunub.

A- A A+

Digər press-relizlər