Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”-in Vyanada təqdimatı

23 oktyabr 2014-cü il tarixində Avstriyada Birləşmiş Millətlər Təşkilatının Vyana Bölməsi və digər beynəlxalq təşkilatlar, o cümlədən, Vyanada akkreditə olunmuş diplomatik nümayəndəliklər üçün “ASAN xidmət”-in təqdimatı keçirilib.

Tədbir iştirakçıları “ASAN xidmət” modelini xüsusi maraqla qarşılayıb, dövlət xidmətlərinin göstərilməsi sahəsində nümunəvi hesab edib və bu təcrübənin bir çox dövlətlərdə tətbiqinin faydalı ola biləcəyini vurğulayıblar.    

ATƏT-in İqtisadi və Ətraf Mühit ölçüsü üzrə İmplementasiya iclası çərçivəsində həyata keçirilən növbəti təqdimatda isə “ASAN xidmət” qabaqcıl idarəetmə nümunəsi, korrupsiya və digər neqativ hallarla mübarizənin təmin edilməsi istiqamətində uğurlu təcrübə kimi qiymətləndirilib.

24 oktyabr  2014-cü il tarixində isə “ASAN xidmət”-in nümayəndə heyətinin BMT-nin Vyana Bölməsinin Baş Direktorunun Kabinet rəhbəri cənab Roberto Arbitrio ilə görüşü keçirilib, gələcək əməkdaşlıq perspektivləri, BMT-nin müvafiq sahələr üzrə keçirilən müzakirələrinə “ASAN xidmət”in mümkün töhfələri dəyərləndirilib. Cənab Arbitrio görüşdən məmnun qaldığını, “ASAN xidmət”in beynəlxalq səviyyədə keçirilən tədbirlərdə, xüsusilə də korrupsiya ilə mübarizə, qabaqcıl idarəetmə mövzuları ilə toplantılarda qeyd olunmasını, bir sıra bu kimi diskussiyalara isə aparıcı qismində dəstək verməsinin vacibliyini diqqətə çatdırıb.

 

A- A A+

Digər press-relizlər