“ASAN xidmət”in təşkilatçılığı ilə beynəlxalq forumda 2-ci sessiya keçirilib
Gülüstan sarayında, “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda təşkil olunan beynəlxalq Forumda ikinci sessiya baş tutub.
Sessiya “Dövlət xidmətlərinin göstərilməsi və ağıllı idarəetmə üçün gələcək trendlər” mövzusuna həsr olunub. “Human Future” şirkətinin təsisçisi, beynəlxalq ekspert Conathan Reiçentalın moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Monteneqro Respublikasının dövlət idarəçilik naziri Maraş Dukaj, Türkiyə Respublikası Prezidenti Adminstrasiyasının Rəqəmsal transformasiya ofisinin sədr müavin Yavuz Emir Beyirbey, Gürcüstanın ədliyyə nazirinin müavini Erekle Qvinianidze, Birləşmiş Ərəb Əmirliklərinin Hökumət xidmətlərinin rəisi Muhammed Bin Taliah, Dövlət idarəçiliyi islahatı qrupunun direktoru və Serbiya Respublikası Baş nazirinin aparatında İKT və innovasiyalar üzrə müşavir Marta Tomovska, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökumət Rəqəmsal Xidmətinin keçmiş Baş direktoru, beynəlxalq ekspert Kevin Kanninqton çıxış ediblər.
Sessiyada əsas çıxışlar və müzakirələr dövlət xidmətlərinin göstərilməsi istiqamətində gələcək tendensiyaları, informasiya kommunikasiya texnologiyaları sahəsində perspektiv imkanları müəyyənləşdirmək istiqamətində olub.
Sessiyaların ardından Forumun bağlanış mərasimi təşkil olunub.