Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”-in təlim sistemi beynəlxalq konfransda təqdim olundu

4-7 sentyabr  2014-cü il tarixində Bolqarıstan Respublikasında  Bolqarıstan Elmlər Akademiyasının, Bolqarıstan Elm və Təhsil Fondunun, Bolqarıstan Alimlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Təhsil, Araşdırma və İnkişaf” adlı V Beynəlxalq Konfransda  “ASAN xidmət” –in təlim sisteminin  təqdimatı  həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti,  Azərbaycan Respub¬likasının Prezidenti yanında Vətən¬daş¬lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent¬li¬yinin  Təlim sektorunun müdiri Nazənin Hüseynova konfransda  “Səmərəli təlim sistemi Azərbaycanın idarəetmə brendi “ASAN xidmət”-in prinsiplərindən biridir” adlı məruzə ilə çıxış etmişdir.

Konfransda dövlət başçısı İlham Əliyevin digər sahələrlə yanaşı kadr potensialının inkişafına verdiyi xüsusi önəm diqqətə çatdırılaraq, insan resurslarının for¬malaşdırılması üçün aparılan islahatlardan,  respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafın nəticəsində dövlət idarəetməsinin, idarəetmə  münasibətlərinin, həmçinin, vətəndaşla vəzifəli şəxslər arasındakı münasibətlərin modernləşməsi sahəsində kompleks islahatlardan bəhs olunmuşdur. 

Müvafiq olaraq dövlət idarəet¬məsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində mühüm tədbirlərdən bi¬ri kimi Azərbaycan Respub¬likasının Prezidenti yanında Vətən¬daş¬lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent¬li¬yinin yaradılması xüsusi olaraq diqqətə çatdırılmışdır. Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin təlim sistemini xüsusi vurğulayan Nazənin Hüseynova bu sistemin mahiyyəti, strukturu, strategiyası və prinsipləri barədə iştirakçılara ətraflı məlumat vermişdir.

 Qeyd olunmuşdur ki, müasir təlim standartlarına və infrastruktura malik olan, əhatəli, səmərəli, çevik və innovativ təlim sistemini yaratmaq,  peşəkar, milli-mənəvi və korporativ dəyərlərə sadiq,  yaradıcı düşüncəyə sahib kadr potensialını formalaşdırmaq “ASAN xidmət” modelinin təlim strategiyasının əsas məqsədidir.

 

A- A A+

Digər press-relizlər