Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət"in nümayəndəsi BMT-nin ekspert qrupunun iclasına sədrlik edib

13-14 oktyabr 2022-ci il tarixində Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatı (UNCTAD) tərəfindən İnvestisiya, innovasiya və sahibkarlıq üzrə çoxillik ekspert qrupunun 9-cu sessiyası keçirilib.

13-14 oktyabr 2022-ci il tarixində Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatı (UNCTAD) tərəfindən İnvestisiya, innovasiya və sahibkarlıq üzrə çoxillik ekspert qrupunun  9-cu sessiyası keçirilib.


Regional və milli təcrübələrin mübadiləsi və beynəlxalq əməkdaşlığın dəstəklənməsi üçün forum rolunu oynayan Ekspert qrupunun əsas məqsədi qeyd olunan sahələrdə siyasətin formalaşdırılması perspektivlərinin müzakirəsidir. Dayanaqlı inkişaf məqsədlərinə nail olmaq üçün elm, texnologiya və innovasiyaların effektiv istifadəsi, məsuliyyətli və dayanıqlı innovativ biznes təcrübələri iclasın ümumi istiqamətləridir. 9-cu sessiyanın əsas müzakirə mövzusu iqlim və ətraf mühit üzrə dayanıqlı inkişaf məqsədlərinə nail olmağı dəstəkləyən investisiya və yaşıl texnologiyalar üzrə ən yaxşı siyasətləri müəyyən etmək və müzakirə etmək olub.

 Tədbirin lk günüdə iştirakçı dövlətlərin açıq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov iclasın sədri seçilib.


İnvestisiya, innovasiya və sahibkarlıq üzrə çoxillik ekspert qrupunun növbəti iclası 2024-cü ildə keçiriləcəkdir.

A- A A+

Digər press-relizlər