Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti "Türkiyə Texnologiya Komandası" - T3 Fondunun dəvəti ilə Türkiyənin İzmir şəhərində keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak edib.


Nümayəndə heyəti "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarla birgə festivalda təmsil olunan startapların stendlərini ziyarət ediblər, həmçinin startap komandaları ilə təqdimatlar və hazırlıq səviyyəsi barədə fikir mübadiləsi aparıblar.


Festivalda Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "Bilim Bakı" mərkəzi də stendi ilə çıxış edib.


Stenddə festivalı ziyarət edən qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib, 6-14 yaş arası uşaqlara müxtəlif mövzularda təlimlər keçirilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həmçinin fəxri qonaqlarla birgə yarışma qaliblərininin mükafatlandırma mərasimində iştirak edib. 

2018-ci ildən etibarən təşkil olunan "TEKNOFEST" innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətinin cəlb olunması və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.

A- A A+

Digər press-relizlər