"ASAN xidmət"in kişi əməkdaşları arasında voleybol turniri təşkil olunub
"ASAN xidmət"in kişi əməkdaşları arasında voleybol turniri təşkil olunub.
Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “ASAN xidmət” əməkdaşları iştirak ediblər.
16 komandanın iştirak etdiyi turnirdə 1-ci yeri Dövlət Agentliyinin, 2-ci yeri Kürdəmir regional “ASAN xidmət” mərkəzinin, 3-cü yeri isə Bərdə regional “ASAN xidmət” mərkəzinin komandası tutub.
Qalib komandalar hədiyyə kuponu, kubok, medal və sertifikatlarla təltif olunublar.












