Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in fəaliyyəti beynəlxalq tədbirdə diqqət mərkəzində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov İslam İnkişaf Bankının “Bərpadan sonra: dayanıqlıq və davamlılıq” mövzulu illik toplantısında iştirak məqsədilə Misir Ərəb Respublikasına səfər edib.

Ceyhun Salmanov toplantı çərçivəsində təşkil olunan “İslam İnkişaf Bankına üzv ölkələrdə rəqəmsallaşma və elektron idarəetmənin təkmilləşdirilməsi: inklüziv bərpa və dayanıqlı inkişaf üçün əsas təkan” mövzulu sessiyada çıxış edib. 
 

O, sessiya iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət və sosial innovasiyalar sahəsində görülən işlər barədə ətraflı məlumat verib. 
 

Geniş müzakirə və suallarla davam edən sessiyada İslam İnkişaf Bankının, Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin, Rəqəmsal Əməkdaşlıq Təşkilatının, Qərbi Afrika İqtisadi və Valyuta Birliyinin, o cümlədən digər dövlət və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

 
Tədbir çərçivəsində Ceyhun Salmanov və Rəqəmsal Əməkdaşlıq Təşkilatının beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti Həsən Nassir arasında ikitərəfli görüş keçirilib. Görüşdə Dövlət Agentliyi və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında müvafiq fəaliyyət istiqamətləri üzrə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

A- A A+

Digər press-relizlər