Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in facebook səhifəsi “Verified Page” kimi təsdiqləndi

“ASAN xidmət”in rəsmi facebook səhifəsi Facebook tərəfindən rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

“Verified Page” yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişan Facebook tərəfindən ictimai fiqurların, media şirkətlərinin və brendlərin rəsmi səhifələrinin həqiqililyinin təsdiq olunmasına görə verilir. Məqsəd istifadəçilərin təsdiqedici mavi nişanın köməyi ilə orijinal səhifəni saxta səhiflərdən ayırd eləməsinə imkan yaratmaqdır.

Qeyd edək ki, “ASAN xidmət”in facebook səhifəsinin 338 000 – dən çox istifadəçisi var və hər gün səhifə vasitəsilə vətəndaşların 300-dən çox sualları cavablandırılır.  

 

A- A A+

Digər press-relizlər