Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” in əməkdaşının beynəlxalq nüfuzlu jurnalda elmi məqaləsi dərc olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) əməkdaşı Elvin Balacanovun müəllifi olduğu elmi məqalə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu Hüquq, Kompüterlər və Texnologiya üzrə Beynəlxalq İcmal jurnalında (International Review of Law, Computers & Technology) dərc olunub.

Qeyd olunub ki, əsasən fiziki məkanda ictimai münasibətlərin tənzimlənməsinin həyata keçirilməsi istiqamətində inkişaf etdirilmiş mövcud hüquqi norma və prinsiplərin kiberməkana transformasiyası və tətbiqi bir sıra uyğunsuzluqların və yanaşma fərqlərinin ortaya çıxması ilə müşaiyət olunur. Buna görə də, məqalədə kibercinayətlərlə mübarizədə effektiv və səmərəli beynəlxalq əməkdaşlığın təmin olunması üçün bu cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunmasında vahid yanaşmanın yaradılması istiqamətində üzv dövlətlər tərəfindən nəzərə alınmalı olan kriteriyalar formalaşdırılır. Kriteriyaların formalaşdırılması zamanı milli və beynəlxalq hüquqa dair tələblər və standartlarla yanaşı, kibercinayətkarlıqla bağlı trendlər, habelə kriminoloji, psixoloji və nevrobioloji amillər nəzərə alınıb. Məqalədə həmçinin, kiberməkanın, elektronlaşmanın, kompüter texnologiyaları və texnoloji innovasiyaların kibercinayətlərin törədilməsində yaratdığı imkanlar nəzərə çatdırılır.

Qeyd edək ki, Elvin Balacanov Dövlət Agentliyinin Elektron Xidmətlərin İnkişafı və Sosial İnnovasiyalar Şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində Hüquq üzrə bakalavr, 2011-2012-ci illərdə Birləşmiş Krallığının Lids Universitetində Beynəlxalq və Avropa İnsan Hüquqları ixtisası üzrə magistr təhsili alıb. 2014-2017-ci illərdə Lids Universitetində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində hüquq üzrə doktorantura pilləsində kibercinayətkarlıqla mübarizə mövzusunda elmi araşdırma aparıb. 

Məqaləyə keçid: http://www.tandfonline.com/doi/abs/10.1080/13600869.2018.1417764?journalCode=cirl20
 

A- A A+

Digər press-relizlər