Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in beynəlxalq nüfuzu artmaqdadır

Türkiyənin məşhur mətbu orqanı "Hurriyet Daily News" “ASAN xidmət”in fəaliyyətindən bəhs olunan yazı dərc edib.

“Azərbaycanın mükafat qazanmış dövlət xidmətləri mexanizmi dünyaya yayılır” başlıqlı məqalədə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yaradılan və BMT-nin dövlət xidmətlərinin göstərilməsi sahəsində ən nüfuzlu mükafatına layiq görülən “ASAN xidmət” təcrübəsinin öyrənilməsi və tərcübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə avqustun 19-da Koreya Respublikasının daxili işlər naziri Hong Yun-Şik Azərbaycanın səlahiyyətli dövlət orqanı ilə Anlaşma Memorandumu imzalayıb.

Vurğulanır ki, Azərbaycan brendi olan “ASAN xidmət” təcrübəsi inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr tərəfindən mütəmadi olaraq öyrənilir və təcrübədə tətbiq edilir.

Yazıda qeyd edilir ki, Anlaşma Memorandumu müvafiq sahədə birgə tədqiqatların aparılması, mütəxəssislərin və texnoloji yeniliklərin mübadilə edilməsi üzrə fəaliyyətlərin həyata keçirilməsini təmin edəcəkdir. 

Məqalədə həmçinin, iyul ayında Əfqanıstanın “ASAN xidmət” modelinə müraciət etdiyi və bu təcrübənin tətbiq edilməsinə dair Azərbaycanla müqavilə bağladığı, habelə artıq ölkədə eyniadlı qurum təsis etdiyi bildirilir (ASAN Khedmat). 

Bundan başqa, “ASAN xidmət” modelinin Albaniya, İtaliya, Estoniya, Makedoniya və digər Avropa ölkələri tərəfindən yüksək qiymətləndirildiyi də məqalədə öz əksini tapıb.

Sonda “ASAN xidmət” konsepsiyasının İtaliya ilə bölüşülməsi və ölkələr arasında təcrübə mübadiləsini həyata keçirilməsi məqsədi ilə oxşar memorandum İtaliya Baş nazirinin ofisi yanında Dövlət idarəçiliyi üzrə departament ilə imzalanıldığı da vurğulanır.

Məqaləyə keçid: http://www.hurriyetdailynews.com/azerbaijans-awarded-public-service-goes-international.aspx

 

A- A A+

Digər press-relizlər