Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” Fransa mətbuatında

Fransanın məşhur "Acteurs Public" qəzetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun "Azərbaycanda ictimai xidmətlərinin müasirləşdirilməsi üçün yeni model" sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan Respublikasının Prezidentinin şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”  mərkəzləri vasitəsi ilə müasir və effektiv imkanlardan istifadə edilməklə ictimai xidmətlərdən yararlanmaq imkanının təmin olunduğu qeyd olunub.

“ASAN xidmət”-in Azərbaycanın innovasiyası kimi qeyd olunduğu məqalədə vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi sahəsində ciddi yeniliklərin tətbiq olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, “ASAN xidmət” vətəndaş-məmur münasibətlərini tamamilə yeni bir mərhələyə yüksəldib.

Həmçinin, məqalədə Azərbaycanın yeni brendi olan “ASAN xidmət”-in bir sira beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub.

Məqalənin tam versiyası ilə BURADA tanış olmaq olar.

 

A- A A+

Digər press-relizlər