Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət" əməkdaşlarının andiçmə mərasimi keçirilib

Dövlət Qulluqçularının Peşə Bayramı münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçularının andiçmə mərasimi baş tutub.

Bildirilib ki, Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən təltif olunanlar sırasında Dövlət Agentliyinin şöbə müdiri Məhəmmədəli Xudaverdiyev də var.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev əlamətdar hadisə münasibətilə əməkdaşlara təbriklərini çatdırıb, onlara bu məsuliyyətli və qürurlu yolda uğurlar arzulayıb.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələr üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 29  dövlət qulluqçusu and içib.

A- A A+

Digər press-relizlər