"ASAN xidmət" əməkdaşları arasında mini futbol turniri keçirilib

21 avqust 2021-ci il tarixində "ASAN xidmət" əməkdaşları arasında təşkil olunan 2-ci mini futbol turnirinin final mərhələsi təşkil olunub.


Turnir "ASAN xidmət"in, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, həmçinin Binəqədi Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə gerçəkləşib.


Turnirin final mərhələsi ilə əlaqədar təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər qonaqlar iştirak ediblər.


Turnirin final mərhələsinin qalibi Quba "ASAN xidmət" məkəzinin komandası olub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq İmişli "ASAN xidmət"in və 1 saylı "ASAN kommunal" mərkəzinin komandası tutub.


Ümumilikdə 24 iyul tarixindən start verilən turnirdə 24 komanda iştirak edib.

A- A A+

Digər press-relizlər