Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”-ə müraciətlərin sayı 3 000 000-u keçdi

16 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinə  3 000 000-cu müraciət daxil olub.

Xatırladaq ki,  ilk - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi 15 yanvar 2013-cü il tarixində  fəaliyyətə başlayıb.

Hazırda 6 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 2-i isə Sumqayıt və Gəncə şəhərindədir.

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

“ASAN xidmət” mərkəzlərinə 1 000 000-cü müraciət 23 yanvar 2014-cü il tarixində, 2 000 000-cu müraciət 6 ay sonra 24 iyun 2014-cü il tarixində, növbəti 1 000 000-cu müraciət isə sonrakı 4 ay müddətində daxil olub.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

 

A- A A+

Digər press-relizlər