Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”ə 28 milyonuncu müraciət

“ASAN xidmət”ə 28 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bu müraciət 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə Elida Ağasiyeva tərəfindən edilib. O, Daxili İşlər Nazirliyinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətindən yararlanıb.

28 milyonuncu müraciətin sahibi kimi Elida Ağasiyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

A- A A+

Digər press-relizlər