Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət"dəki innovasiyalar Özbəkistanda beynəlxalq sərgidə təqdim olunub

22-23 avqust 2024-cü il tarixində Özbəkistanda “İqtisadiyyatın əsas istiqamətləri – ortaq rifaha doğru addım” adlı sərgi təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində reallaşdırılıb.

Özbəkistan Ekspo Mərkəzində keçirilən sərgidə hər iki ölkənin iqtisadi potensialı, istehsal olunan müxtəlif məhsullar,  icra olunan birgə layihələr nümayiş olunub.

67 şirkət və 10-a yaxın dövlət təşkilatı ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müxtəlif innovativ layihələrlə burada təmsil olunub.

Tədbirin məqsədi ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, yerli bizneslər arasında şəbəkələşmənin gücləndirilməsi, həmçinin qarşılıqlı faydalı tərəfdaşlıq potensialının müzakirəsi olub.


Sərgi çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi və Turin Politexnik Universitetinin rektoru arasında görüş baş tutub. Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, “ASAN xidmət” və burada tətbiq olunan rəqəmsal həllər, eyni zamanda digər fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Tərəflər arasında müvafiq fəaliyyyət istiqaməti üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

A- A A+

Digər press-relizlər