Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət"də YARAT!-ın sərgisi nümayiş olunur

6 may 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və YARAT! Müasir İncəsənət Məkanı Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində birgə sərgi təşkil etmişdir.

Tədbirdə Dövlət Agentliyinin Sədri İnam Kərimov, YARAT! Müasir İncəsənət Məkanının rəhbəri Aidə Mahmudova və kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov açılış nitqi ilə çıxış etmişlər. Natiqlər “ASAN xidmət” mərkəzində yaradılmış şəraitdən bəhs etmiş və sərgiyə yüksək qiymət vermişlər. 

Sərgidə Fərid Rəsulov, Faiq Əhməd və Çingiz Babayevin əsərləri "ASAN xidmət" mərkəzinin xidmətlərindən faydalanan çox saylı vətəndaşlara təqdim olunacaqdır.

 

A- A A+

Digər press-relizlər