Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”də Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət

“ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün təşkil olunan xüsusi xidmət davam edir.

Belə ki, bu xüsusi xidmət vasitəsi ilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilirlər. Göstərilən xidmətlər yaralanan və şəhidlərin ( vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir.

Məqsəd canı-qanı bahasına bizə Qələbəni yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir.

Bu günə qədər bu istiqamətdə 2011 yaralananın və 2374 şəhid ailəsi üzvünün ümumilikdə 4385 müraciəti təmin edilib.

“ASAN xidmət” kollektivi ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyir.

A- A A+

Digər press-relizlər