Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”də polis günü qeyd olunmuşdur.

2 iyul Azərbaycan polisi günüdür. Bu il Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü qeyd olunur.

Bu münasibətlə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi tərəfindən “ASAN xidmət”  mərkəzlərində çalışan Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüş keçirilmişdir.

Görüş zamanı Dövlət Agentliyinin rəhbərliyi DİN əməkdaşlarını 95-ci ildönümü münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Qeyd olunmuşdur ki, vətəndaş məmnunluğuna nail olunması istiqamətində Dövlət Agentliyinin uğurları “ASAN xidmət” mərkəzlərində təmsil olunan dövlət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq nəticəsində qazanılmışdır.

Azərbaycan polisinin yaranmasının 95-cü ildönümünün qeyd olunduğu builki bayram ərəfəsində “ASAN xidmət” mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayının 200000-ə çatması isə ümumi nailiyyət kimi xüsusi ilə vurğulanmışdır.

“ASAN xidmət” mərkəzlərində Daxili İşlər Nazirliyinin orqanları tərəfindən şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ,habelə məhkumluq barədə arayışların verilməsi xidmətləri həyata keçirilməkdədir.

Foto:“ASAN xidmət”də polis günü qeyd olunmuşdur.

 

A- A A+

Digər press-relizlər