Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”də 8 milyon vətəndaş müraciəti qeydə alınıb

11 fevral 2016-cı il tarixində “ASAN xidmət” mərkəzlərinin mərkəzləşdirilmiş elektron növbə sistemində 8 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. 

Bu müraciət Quba rayon sakini Babayeva Pəri Algül qızının Quba rayonunda xidmət göstərən Səyyar ASAN xidmətdən yararlanarkən qeydə alınıb.

60 yaşlı Babayeva Pəri Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Səyyar ASAN xidmətə müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Qeyd edək ki, hazırda 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxda, 4-ü isə Sumqayıt, Sabirabad, Bərdə və Gəncə şəhərlərindədir. Bununla yanaşı Səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmətini davam etdirir.

 

A- A A+

Digər press-relizlər