Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət"də 7 milyon vətəndaş müraciəti qeydə alınıb

Sabirabad rayon sakini Gülüşov Yusif Sabirabad “ASAN xidmət” mərkəzinə müraciət edərək “ASAN xidmət” mərkəzlərindən yararlanan 7 000 000-cu vətəndaş olaraq qeydə alınıb.

6 yaşlı Yusif valideynləri ilə birlikdə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı xidmətə müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Qeyd edək ki, hazırda 5-i paytaxda və 4-ü regionlarda olmaqla 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bundan başqa, səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir. 

 

A- A A+

Digər press-relizlər