Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət"də 10 milyon vətəndaş müraciəti qeydə alınıb

Ağdam rayonundan məcburi köçkün olan və hazırda Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Arzu Əliyeva 5 saylı “ASAN xidmət” mərkəzinə müraciət edərək “ASAN xidmət” mərkəzlərindən yararlanan 10 000 000-cu vətəndaş olaraq qeydə alınıb.

14 yaşlı Arzu valideyni ilə birlikdə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Arzu Əliyeva 10 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb. Eyni zamanda, Arzunun istəyini nəzərə alaraq Azərbaycan Respublikasının əməkdar artisti Röya Ayxan tədbirdə iştirak edərək onu sevindirib.

Qeyd edək ki, hazırda 5-i paytaxda və 4-ü regionlarda olmaqla 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bundan başqa, səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.

 

A- A A+

Digər press-relizlər