“ASAN xidmət” Çağrı mərkəzinin 1 yaşı qeyd edilir
1 fevral 2014 – cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzi şöbəsinin fəaliyyətinin 1illiyi qeyd olunur. Dövlət Agentliyinin “Çağrı” mərkəzi “ASAN xidmət” mərkəzlərində dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin göstərilməsini təmin edir.
“Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən onlayn müraciət, email, sosial şəbəkələr(internet) və ya telefon vasitəsilə mövcud dövlət orqanlarının göstərdiyi bütün xidmət növləri, tələb edilən sənədlər, dövlət rüsumu və ya xidmət haqqı barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təklif və şikayətlərini bildirə bilərlər. Eyni zamanda mərkəzlərdə yerləşdirilmiş xüsusi elektron şikayət köşkü vasitəsi ilə vətəndaşlar “Çağrı” mərkəzi əməkdaşları ilə canlı video əlaqə yaradaraq “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı öz təklif və şikayətlərini bildirə bilərlər.