Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” Böyük Britaniya mətbuatında

Böyük Britaniyada nəşr edilən məşhur “Diplomat” jurnalında “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhs edən məqalə dərc olunub.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan  “ASAN xidmət” mərkəzlərinin uğurlu model olduğu məqalədə diqqətə çatdırılıb. Bildirilib ki, “ASAN xidmət”-in əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi zamanı səmərəliliyin artırılması və bu istiqamətdə əhali üçün daha da əlçatanlığın təmin edilməsidir. Məqalədə mərkəzlərdə göstərilən xidmətlər həmçinin, səyyar “ASAN xidmət” barədə məlumat verilib.

Qeyd edilib ki,  dövlət xidmətlərinin göstərilməsi zamanı informasiya-kommunikasiya texnologiyalarının istifadəsi üzrə Azərbaycan MDB və bəzi Avropa ölkələri arasında ilk sıralardadır.

Məqalənin tam versiyası ilə BURADA tanış olmaq olar.

 

A- A A+

Digər press-relizlər