“ASAN xidmət” BMT-nin qabaqcıl təcrübələr portalında

“ASAN xidmət” və onun “ASAN ödəniş”, “ASAN Məktub” və “ASAN Kadr” layihələri qabaqcıl təcrübələr kimi Birləşmiş Millətlər Təşkilatının "Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Qabaqcıl Mexanizmlər və Həllər" adlı portalına daxil edilib. Belə ki, indiyə qədər portalda ümumilikdə Azərbaycandan 15 təcrübə yerləşdirilib və onlardan 4-ü “ASAN xidmət”ə məxsusdur.

Portalın məqsədi dünyanın bir sıra regionlarında müxtəlif sahələrdə mövcud olan qabaqcıl təcrübələr barədə analitik və praktiki məlumatlara vahid çıxışı təmin etmək və bu təcrübələrin digər ölkələr tərəfindən tətbiqini təşviq etməkdir.

Qeyd edək ki, “ASAN xidmət” və onun layihələri barədə portalda yerləşdirilmiş məlumatlarla aşağıdakı linklərə keçid etməklə tanış olmaq olar:

1.      “ASAN xidmət” http://southsouthworld.org/solution/view?id=273

2.      “ASAN Kadr” http://southsouthworld.org/solution/view?id=274

3.      “ASAN ödəniş” http://southsouthworld.org/solution/view?id=276

4.      “ASAN Məktub” http://southsouthworld.org/solution/view?id=279

 

A- A A+

Digər press-relizlər