Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” BMT-nin mükafatı ilə təltif edildi

26 iyun 2015-ci il tarixində Kolumbiyanın Medellin şəhərində 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlərinin göstərilməsi sahəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. “ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Forum çərçivəsində həmçinin dövlət xidmətləri üzrə beynəlxalq sərgi təşkil olunub. Sərgidə ən çox “ASAN xidmət” iştirakçıların marağına səbəb olub və bu model tədbir təşkilatçıları tərəfindən dövlət xidmətlərinin göstərilməsi baxımından unikallığına görə xüsusilə qeyd edilib.

Kolumbiyaya səfər çərçivəsində Dövlət Agentliyinin sədri İnam Kərimov BMT-nin Baş katibinin iqtisadi inkişaf məsələləri üzrə müşaviri Lenni Montiel və Kolumbiyanın Dövlət Xidmətləri üzrə Agentliyinin direktoru Liliana Caballero ilə görüşüb. Görüşlərdə müvafiq sahənin inkişafı üçün “ASAN xidmət” təcrübəsindən faydalanmaq, habelə ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq perspektivləri müzakirə edilib.

Xatırladaq ki, 23-26 iyun tarixlərində Kolumbiyanın Medellin şəhərində BMT-nin Dövlət Xidmətləri üzrə Forumu keçirilib. Tədbirin keçirilməsində məqsəd ənənəvi olaraq BMT-nin 2015-ci ildə dövlət xidmətlərinin göstərilməsi sahəsində ən uğurlu modellərin təqdim edilməsi və mükafatlandırılmasıdır. Eyni zamanda Forum vasitəsi ilə “ASAN xidmət” və mükafata layiq görülmüş digər modellərin uğurlu təcrübəsinin dünyanın müxtəlif ölkələrində tətbiqi təşviq olunur.

Builki Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, kütləvi informasiya vasitələri və işgüzar dairələrin 1000-dən çox nümayəndəsi iştirak edib.

Şəkillərə keçid

 

A- A A+

Digər press-relizlər