Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN TV - 1 yaş

Prezident İlham Əliyevin tapşırığı ilə fəaliyyət göstərən ASAN Radionun bazasında yaradılan ASAN TV 1 yaşını qeyd edir. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya olan ASAN TV-nin yaradılmasında məqsəd video məzmunun daha keyfiyyətli təqdimatı, dövlət xidmətləri ilə bağlı əhatəli maarifləndirməni asan dildə təmin etməkdir.

ASAN TV sosial media səhifələrində yayımlanır. Qısa maarifləndirici videolar üstünlük təşkil edir.

Bir il ərzində ASAN TV-də “QəbuldASAN”, “İnkişafdASAN”, “Gələcək üçün bacarıqlar”, “İnnovator”, “Müsahibə”, “YAŞAT, Azərbaycan”, “Könüllüsən”, “Piknik” və s. kimi verilişlər yayımlanır. 

Eyni zamanda “Faydalı məlumat”, “Bir sual, bir cavab”, “Həftəlik statistika” “1 gün 1 dəqiqədə”,  “Tarixin bu günü”,  “Olimpiya gündəliyi”, “Canlı”, “Ana dili” və s. kimi buraxılışlar təqdim edilib.

ASAN TV media məkanında yenilik edərək "ASANİYƏ" adlı ilk süni intellekt aparıcı vasitəsilə innovasiya sahəsində yenilikləri izləyicilərə çatdırır. 

ASAN TV mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. Eyni zamanda, bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv media tərəfdaşıdır.

ASAN TV dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə də əməkdaşlıq edir.  

Paylaşımlar 1 il ərzində bütün sosial media hesabları üzrə ümumilikdə 60 milyona yaxın baxış toplayıb.

A- A A+

Digər press-relizlər