Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN Təlim-Tədris mərkəzində “Sabah” tələbələrinə təlim keçirilib

ASAN Təlim-Tədris mərkəzi tərəfindən əməkdaşlıq çərçivəsində “Sabah” tələbələrinə “İşgüzar etikanın karyerada rolu” mövzusunda ilkin təlim keçirilib.

ASAN Təlim - Tədris mərkəzinin əməkdaşları Nazənin Hüseynova və Anar Həsənov tələbələrə işgüzar etikanın mahiyyəti, xüsusiyyətləri barədə geniş məlumat verib. Karyeranın qurulmasında işgüzar etikanın və şəxsi keyfiyyətlərin əhəmiyyətindən danışılıb, praktik biliklərin əldə edilməsi üçün müxtəlif interaktiv metodlardan istifadə olunub. 

Qeyd edək ki, “ASAN xidmət” modelinin öz təlim strategiyası var. Peşəkar, milli-mənəvi və korporativ dəyərlərə sadiq, sosial cəhətdən həssas, yaradıcı düşüncəyə malik kadr potensialını formalaşdırmaq təlim strategiyasının əsas məqsədlərindən biridir.

 

 

A- A A+

Digər press-relizlər