Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN Məktub” layihəsinin 3 yaşı qeyd olunub

21 noyabr 2018-ci il tarixində Bakı Konqres Mərkəzində “ASAN Məktub” layihəsinin 3 yaşı ilə əlaqədar “ASAN Məktub” 3 yaş - Əlçatan Arzuları Sən Gerçəkləşdir” tədbiri keçirilib.

Tədbir “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Gilan Holdinq”in baş sponsorluğu və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutub.

Öncə arzusu reallaşmış uşağın təşəkkür məktubunu əks etdirən videoçarx nümayiş olunub.

“ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova ötən üç il ərzində həyata keçirilmiş fəaliyyətə dair təqdimatla çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN Məktub” layihəsinin əhəmiyyətindən bəhs edib. Həmçinin humanizm, mərhəmətlilik dəyərlərini təbliğ edən bu innovativ layihəyə dəstək olan bütün qurumlara təşəkkürünü bildirib.

“ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova müxtəlif istiqamətlərdə həyata keçirilən layihələr barədə məlumat verib.

Tədbirdə www.asanmektub.az saytının yeni versiyası, həmçinin “Əlçatan Arzuları Sən Gerçəkləşdir” videoçarxı nümayiş olunub.

Tədbirin davamında layihəyə dəstək olmuş şirkətlərə təşəkkürnamələr təqdim edilib.

Sonda qonaqlar layihənin şəkillərindən ibarət sərgi ilə tanış olublar və “ASAN Məktub” ağacından məktubları öhdəliyə götürüblər.

A- A A+

Digər press-relizlər