Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi” başlayır

2016-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə  ASAN Könüllüləri Təşkilatı tərəfindən “Həmrəylik düşərgəsi” layihəsi həyata keçirilir.

ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun təşkilati dəstəyi ilə 20-25 iyul tarixlərində Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda baş tutan “Həmrəylik düşərgəsi” layihəsində bir sıra sosial aksiya və tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində 6 gün müddətində hərbi qaydalar üzrə yaşayış tərzi, vətənpərvərlik ruhunda səhər yürüşü-idmanı və səhər yeməyi planlaşdırılır.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları düşərgənin açılış tədbirini təntənəli şəkildə həyata keçirəcəklər. Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək və düşərgə açıq elan ediləcək.

Düşərgənin açılış mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, eyni zamanda “Həmrəylik Düşərgəsi”nə dəstək vermiş şirkətlərin adından Azercellin prezidenti Vahid Mürsəliyev çıxış edəcəkdir.   

Layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaqdır. Düşərgə zamanı həmçinin, dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub. Qeyd edək ki, “Həmrəylik Düşərgəsi”nin keçiriləcəyi Lahıc qəsəbəsi ərazisində Dövlət Sərhəd Xidməti tərəfindən çadırlar və yeməkxanalar ən yüksək standartlara cavab verən səviyyədə qurulub.

Düşərgənin tərəfdaş və dəstəkçiləri layihəyə maddi formada deyil, sosial məsuliyyət çərçivəsində öz məhsulları ilə dəstək veriblər :

PAŞA Sığorta, Baku Media Center, Xəzər TV, YARAT Friends, Azersun, Corella boyaları, Azercell, Sağlam Ailə, Azərbaycan Fotoqraflar Birliyi, ATL Group, SHARP, AZ CAKE, Səba, Procter & Gamble, Favorit marketlər şəbəkəsi, Coca-Cola, Vertikal Qrup.

 

A- A A+

Digər press-relizlər